“ChatGPT”nin android versiyası təqdim edilib

post-img

“OpenAI” şirkətinin məşhur süni intellekt tətbiqi “ChatGPT” artıq android telefonlar üçün də əlçatandır. Belə ki, tətbiq “Google Play Store”da yerləşdirilib. Süni intellekt proqramı 100 mindən çox yüklənilib.

Android üçün “ChatGPT” proqramı ilk dəfə ABŞ, Hindistan, Banqladeş və Braziliyada istifadəyə verilib. “OpenAI”­nin bəyanatına görə, bir neçə həftədən sonra digər ölkələrdə də yükləmək mümkün olacaq. Öncədən qeydiyyat­dan keçmək artıq mövcuddur. “Play Store”da proqramın müxtəlif surətlə­ri yerləşdirildiyi üçün rəsmi olmasına diqqət yetirmək lazımdır. Yükləmə ta­mamlandıqdan sonra daxil olaraq süni intellektlə söhbətə başlanılır.

Qeyd edək ki, “ChatGPT”nin iOS versiyası may ayında ictimaiyyətə təq­dim edilib.

Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

Dünya