Robot nəfəs alır, hətta tərləyir

post-img

İnsan bədəninin isti havaya reaksiyasını göstərmək üçün Arizona elm adamları nəfəs almağı, titrəməyi və tərləməni simulyasiya edə bilən robot təqdim ediblər. 

Mexanika mühəndisliyi professoru Konrad Rykaczewski France-Presse (AFP) agentliyinə məlumat verərək bil­dirib ki, bu, müntəzəm olaraq çölə gö­türə biləcəyimiz və ətrafdan nə qədər istilik aldığını ölçə biləcəyimiz dünya­nın ilk açıq termal manekenidir.

Rykaczewski, həmçinin deyir ki, “ANDI” adlanan bu robot insanların öz­lərini riskə atmadan ekstremal iqlimə necə reaksiya verdiyini eksperimental olaraq ölçmək üçün çox əlverişlidir.

“ANDI”, həmçinin daxili soyutma sisteminə, nəfəs almaya və tərləməyə imkan verən məsamələrə malikdir. 35 müstəqil istilik zonası olan bu qurğu kürəyindən daha çox tərləyir.

F. SALMANOVA, “Xalq qəzeti”

Dünya