Cazın bir ulduzu da söndü

post-img

Braziliyanın dünya şöhrətli musiqi, caz ifaçısı Leni Andrade 80 yaşında vəfat edib. 

1943-cü il yanvarın 25-də Rio-de-Ja­neyroda dünyaya göz açan Andrade ölkəsinin ən uğurlu caz ifaçılarından idi.

O, uşaq ikən klassik fortepiano üzrə təhsil alıb, yeniyetmə olanda isə Rio gecə klublarında “bossa nova” və “samba” tərzində caz ifa etməyə başla­yıb. Andradenin səsyazma karyerası­nın əsası 1961-ci ildə “A Sensaçao” adlı caz musiqisi ilə qoyulub. Zəngin rezo­nanslı və emosional səslə ifa olunan bu musiqi müğənniyə böyük şöhrət gətirib və o vaxtdan Amerikanın hər yerində uğur qazanıb.

1980-90-cı illərdə sənətinin şöh­rəti ABŞ-da artıb və o, 1993-cü ildə Nyu-Yorka köçüb. Şəhərin “Bennett” və “Liza Minnelli” caz klublarında və ölkənin caz festivallarında çıxış edən müğənninin pərəstişkarları çoxalıb. Fa­natları onun ifa tərzini mərhum ameri­kalı caz ifaçısı Sara Vaughana bənzə­dirdilər. 

Qeyd edək ki, iyulun 24-də dünyası­nı dəyişən braziliyalı caz ulduzu pnev­maniyadan əziyyət çəkirdi. 

F. HÜQUQQIZI, “Xalq qəzeti”

Dünya