Rəssamlara dayaq olan mərkəz

post-img

Ölkəmizi hər il dünya miqyasında tanıtmaq, milli və mənəvi dəyərləri təbliğ etmək, uşaqlarda və gənclərdə vətənpərvərlik ruhu, mədəniyyət və incəsənət sevgisi yaratmaq naminə silsilə tədbirlərin təşkil olunduğu məkanlardan biri də Xətai Sənət Mərkəzidir. 

Düz 15 ildir fəaliyyət göstərən mərkəz üç mərtə­bədən ibarətdir. Birinci mərtə­bədə rəsm çərçivəsi sifarişləri üçün nümunə stendi, milli su­venirlər, posterlər, dekorasiya elementləri, neftlə çəkilmiş şəkillər sərgilənir. Burada mil­li ornamentləri özündə ehtiva edən qədim xalçaların nüma­yiş olunduğu stend də var. Mərkəzdə rəssam üçün ava­danlıqların alqı-satqısı da hə­yata keçirilir. İkinci mərtəbədə miniatür, qrafik guşə yaradı­lıb. Eyni zamanda, burada yaşından asılı olmayaraq hər kəsin qatıla biləcəyi rəssam­lıq kursu fəaliyyət göstərir. İstənilən yaş dövründə sənə­tin bütün sirlərinə yiyələnmək mümkündür. Kurslar ödəniş­li əsaslarla həyata keçirilir. Üçüncü mərtəbədə isə sulu boya, etüd və korifey guşəsi var. Burada Səttar Bəhlulza­də, Maral Rəhmanzadə, Toğ­rul Nərimanbəyov və digər görkəmli rəssamların çəkdiyi bir-birindən maraqlı və insan duyğularına dərindən təsir edən rəsm əsərləri sərgilənir. Qədim əşyalar, milli suvenir­lər, rəsm əsərləri və s. - bun­ların hər birinin eyni məkan­da olması buranı bir sənət mərkəzi olaraq ziyarətçilərə təqdim edir. 

Mərkəzdə fərdi və silsilə tədbirlər də təşkil olunur. Belə tədbirlərə “Can Azərbaycan” Respublika Qrafika və Ak­varel yaradıcılıq müsabiqə­si, “Yurdumuza bahar gəlir” Respublika Uşaq rəsm müsa­biqəsi, Xocalıda şəhid olmuş igid, vətənpərvər oğullarımıza həsr olunmuş “Şəhid şəhər” rəsm festivalı və digərlərini misal göstərmək olar. Son dəfə təşkil olunan tədbirlər­dən biri də YUNESCO Rəs­samlar Federasiyasının üzvü, Xalq rəssamı Əşrəf Heybəto­vun “Xətai Əfsanəsi” adlı pan­nosunun təqdimatı və sərgisi olmuşdur. Burada rəssamın Səfəvi hökmdarına həsr et­diyi “Xətai dövrü”, “Qızılbaş ovçusu”, “Qızılbaş döyüşçü”, “Qızılbaş müridi savaşda”, “Xətainin poetik dünyası” və s. adda 20-yə yaxın əsəri qo­naqlara təqdim olunur.

Dünya Sulu Boya Mərkə­zinin üzvü olan qalereyaya həm ziyarətçi, həm də alı­cı qismində yerli və əcnəbi sənətsevər turistlər də təşrif buyururlar. Onların buraya cəlb olunması mərkəz kollek­tivinin qarşısında duran vacib məsələlərdəndir. Məkanı çox bəyəndiklərini deyən turistlər daha çox abstrakt mövzular­da çəkilən rəsm əsərlərinə maraq göstərir, bu rəsmlər­də qeyri-adi, insan fikirlərinin sərhədlərini aşan nələrsə tap­mağa çalışırlar. 

 

Fidan HÜQUQQIZI,
Elşən AĞALAR (foto),
“Xalq qəzeti”















Mədəniyyət