Muğam və qiraət saatları

post-img

Mədəniyyət paytaxtımız Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində tədbirlər gecə saatlarında da davam edib. Belə ki, Şuşanın müxtəlif məkanlarında şeirlər səsləndirilib, musiqi sədaları dalğa-dalğa ətrafa yayılıb və dağlarda əks-səda verib.

Poeziya günlərinin ecazkar təsir ba­ğışlayan tədbirlərindən biri “Elektron mu­ğam saatı” adlanırdı. Tarzən və bəstəkar İbrahim Babayev milli və elektron mu­siqinin sintezindən ibarət ifa səsləndirib. Onun təqdimatında ənənəvi musiqimiz müasir texniki vasitələrin köməyi ilə daha dolğun şəkildə öz təcəssümünü tapıb. 

Eyni zamanda, açıq səhnədə gənc qiraətçilər klassik nümunələri, şairlər isə öz şeirlərini musiqinin müşayiəti ilə impro­vizasiya şəklində təqdim ediblər.

“Xalq qəzeti”

Mədəniyyət