Bakı Bələdiyyə Teatrında Xalq yazıçısı İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” pyesinin motivləri əsasında hazırlanmış tamaşa oynanılacaq.
Pyesi uzun illər yazıçı ilə əməkdaşlıq edən, onun əsərlərinə səhnə həyatı bəxş edən görkəmli rejissor, Xalq artisti Mərahim Fərzəlibəyov səhnələşdirəcək.
İlyas Əfəndiyev “Məhv olmuş gündəliklər” pyesini 1969-cu ildə qələmə alıb və bu əsər zaman-zaman müxtəlif rejissorlar tərəfindən tamaşaya qoyulub.
Tamaşada aktyorlar Gülsabah Quliyeva, İlqar Musayev, Zülfiyyə Məmmədova, Nigar Babayeva, Toğrul Rza, Mamed Əlili iştirak edirlər.
Qeyd edək ki, hazırda teatrda məşq prosesi gedir və tamaşa yeni mövsümdə teatrsevərlərə təqdim olunacaq.
"Xalq qəzeti"