Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib ki, Suriya və Türkiyə prezidentləri Bəşər Əsəd və Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin iştirakı ilə “Yol xəritəsi” üzərində iş bitdikdən sonra görüş keçirə bilərlər. Suriya-Türkiyə münasibətlərinin nizamlanması tamamlanıb. Bu barədə “Al Arabiya” məlumat yayıb.
Onun sözlərinə görə, Suriya-Türkiyə münasibətlərinin normallaşması prosesi “hər ay inkişaf edir” və bu müddətdə “yol xəritəsinin aktivləşdirilməsi üçün aktiv və intensiv iş aparılır”.
Lavrentiyev qeyd edib ki, müvafiq işlər başa çatdıqdan sonra “Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Türkiyə, Ərdoğan və Suriya başçıları arasında görüş təşkil etmək üçün onun nəticələri barədə prezidentlərə məlumat veriləcək”.
Bundan əvvəl RİA Novosti Qazaxıstanda Suriya üzrə danışıqlarda İran nümayəndə heyətinə başçılıq edən İran xarici işlər nazirinin köməkçisi Əli Əsgər Hacıya istinadən xəbər verib ki, Rusiya, İran, Suriya və Türkiyə xarici işlər nazirlərinin müavinləri səviyyəsində növbəti görüş keçirəcək.
S.ELAY,
"Xalq qəzeti"