Azərbaycan Tacikistandakı neftayırma zavodlarına xam neft tədarük edəcək

post-img

Azərbaycan "Dəngərə" azad iqtisadi zonasında (AİZ) yerləşən zavodda sonrakı emal üçün Tacikistana xam neft tədarük edəcək.

Trend-in məlumatına görə, bu barədə iki dövlət arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasının yekunları üzrə Tacikistanın İqtisadi İnkişaf və Ticarət Nazirliyində bildirilib.

“Komissiyanın iclasında iki ölkə prezidentinin tapşırıq və sərəncamlarının yerinə yetirilməsi məqsədilə tərəflər ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsi, birgə sənaye müəssisələrinin yaradılması, o cümlədən iki ölkə arasında birgə sənaye müəssisələrinin yaradılması sahəsində konkret layihələrin həyata keçirilməsi barədə razılığa gəliblər"" - məlumatda deyilir.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-may aylarında Azərbaycan və Tacikistan arasında ticarət dövriyyəsi 1,349 milyon ABŞ dolları təşkil edib.

S.ELAY,

"Xalq qəzeti"

İqtisadiyyat