Kitab rəfi

post-img

Nəsir Əhmədli: “Salamat qal, gözəl dünyam”

BDU-nun professoru, Əməkdar jurnalist, tanınmış söz adamı, şair, publisist və tərcüməçi Nəsir Əhməd­li haqqında həm sağlığında, həm də ölümündən sonra müxtəlif vaxtlarda yazılmış məqalə və şeirlərin bir hissə­sinin toplandığı kitab işıq üzü görüb. 

“Salamat qal, gözəl dünyam” şeiri ilə açılan kitaba Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva “Nə­sir Əhmədli” adlı ön söz yazıb. Tanınmış alimin şəxsiyyət və yaradıcılığını yüksək dəyərləndirən Qənirə xanım qeyd edir ki, Nəsir müəllim bir çox təltiflər alıb, san­ballı mükafatlara layiq görülmüşdü. An­caq onun ən böyük mükafatı təmiz adı, müstəqil dövlətimizə, elmə, mədəniyyətə sədaqətli xidmətidir. 

Kitab “N.Əhmədliyə sağlığında yazı­lanlar”, ”N.Əhmədli xatirələrdə”, ”N.Əh­mədliyə həsr olunmuş şeirlər” bölmələ­rindən ibarətdir. Bir il əvvəl dünyadan köçmüş Nəsir müəllimə həsr edilən nəfis tərtibatlı kitab “Avrasiya Beynəlxalq Araş­dırmalar İnistituti İB” və “Regional Hüquq və İqtisadi Marifləndirmə İctima Birliyi”nin nəşridir, “CBS Poliqrafiya” nəşriyyatında çap olunub.

Sevil Həsənova: “Hüseyn Cavidin ədəbi-bədii irsi mətbuatda”

Cavidşünaslığın müxtəlif məsələlə­ri ilə bağlı çoxsaylı elmi araşdırmaların müəllifi olan Sevil xanımın bu kitabın­da Azərbaycan ədəbiyyatının görkəm­li nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavid elmi-ədəbi ictimaiyyətə, həm də bir publisist kimi təqdim olunur. 

Geniş oxucu kütləsi – elmi dairələr, universitet müəllimləri, magistr və tələ­bələr üçün nəzərdə tutulan monoqra­fiyada Hüseyn Cavidin dövri mətbu­atda müxtəlif mövzularda çap olunan bədii-publisistik məqalələri, resenziyala­rı, elmi nəzəri fikirləri ilk dəfədir ki, geniş şəkildə tədqiq edilir. Müəllif haqlı olaraq vurğulayır ki, Hüseyn Cavidin “Şərqi-Rus”, “İrşad”, “Həyat”, “Həqiqət”, “Şə­lalə, “Açıq söz”, “Azərbaycan”,“Yeni yol”, “Azərbaycan füqərası” kimi onlarca nəşrdə çap olunan publisistik məqalələrində də milli dəyərlərə, başqa din və dillərə hörmət, tolerantlıq ideyaları yer alır.

Hüseyn Cavid irsini Azərbaycan xalqı­nın milli-mənəvi sərvəti adlandıran AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli kitaba yazdığı ön sözdə monoqrafiyanı “Cavidşünaslığa layiqli töhfə” adlandırıb.

Kitab “Təhsil” EİM-in nəşridir. 

“Ozan dünyası”nınyeni sayı 

Azərbaycan Aşıqlar Birliyinin nəşri olan “Ozan” elm və sənət toplusunun 2023-cü ildə ilk buraxılışı işıq üzü gö­rüb. Toplunun yeni nömrəsi ümummil­li lider Heydər Əliyevin 100 illik yubi­leyi münasibətilə Xalq şairi Zəlimxan Yaqubun “Əbədiyyət dastanı” poema­sından bir parça ilə açılır.

Oxucular buraxılışın bu nömrəsində bu il yubileyləri qeyd olunan görkəm­li saz-söz ustadları Hüseyn Bozalqanlı (M.Qasımlı. “Ustadlar ustadı”), Şair Nəbi Borçalı (E.Məmmədli. “Borçalı nəğməka­rı”), Murad Niyazlı (S.Alıyev. “Ağır ellər ozanıyam”), Əkbər Cəfərov (“Sazın Ək­bər möcüzəsi”) və Məmmədağa Babayev haqqında yazılar və onların şeirlərindən nümunələrlə tanış ola bilərlər.

Topluda Azərbaycan Aşıqlar Birliyinin həyata keçirdiyi tədbirlər barədə xəbərlər və son vaxtlar işıq üzü görmüş kitablar haqqında qısa məlumatlar da yer alır.

N. QƏDİMOĞLU, “Xalq qəzeti”





Mədəniyyət