Fövqəladə Hallar Nazirliyindən aldığımız məlumatda bildirilir ki, həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində Şabran rayonu, Təkyə kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.
Yanğınla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin 2 helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə təsərrüfatı mərkəzinin əməkdaşları və bir qrup kənd sakini cəlb olunub. Qəzetimiz çapa getdiyi gecə saatlarında yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilirdi.
“Xalq qəzeti”