Bişkekdə yubiley nəşri

post-img

Dünən Qırğızıstanın paytaxtı Bişkekdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə növbəti töhfə olaraq “44 günlük müqəddəs müharibənin xronologiyası” adlı 3 cildlik kitabın ikinci cildi işıq üzü görüb.

Yüksək poliqrafik üslubda işıq üzü görən 504 səhifəlik bu kitab uzun illərdir Bişkekdə fəaliyyət göstərən Türkdilli Döv­lətlərın Siyasətinə Dəstək Fondu tərəfin­dən hazırlanaraq çap edilib.

Qeyd edək ki, Orta Asiya regionunda Azərbaycan tarixinin, mədəniyyətinin və ədəbiyyatının tədqiqi və təbliği sahəsin­də səmərəli fəaliyyət göstərən bu fondun rəhbəri böyük vətənpərvər və xeyriyyəçi Nüsrət Məmmədovdur.

Kitabda 44 günlük müharibə ərzində müvafiq dövlət qurumları rəhbərlərinin ke­çirdikləri brifinqlər, görüşlər, müsahibələr xronoloji ardıcıllıqla cərəyan edir.

Kitabın rus dilində çap edilməsi ondan təkcə türkdilli dövlətlərində deyil, bütün postsovet məkanında istifadə imkanlarını genişləndirəcək. Onu da vurğulayaq ki, kitabın Bişkekdə nəşr edilməsi Ulu öndər Heydər Əliyevin təkcə Azərbaycanda de­yil, həm də digər ölkələrdə sevilməsindən xəbər verir.

Fond öz ənənəsinə sadiq qalaraq ge­niş oxucu kütləsi üçün nəzərdə tutulmuş nəşr etdirdiyi bu kitabı da pulsuz yayacaq.

Xatırladaq ki, kitabın ilk təqdimatı fon­dun Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Bişkekdə nəşr etdirdiyi kitablarla birlikdə Şuşada Rusiyalı tanınmış kinore­jissor Qriqori Naxapetovun müəllifi olduğu Ulu öndər Heydər Əliyevin anadan olma­sının 100, dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun anadan olmasının 95 illiyinə həsr edilən “Planetlə dialoq” adlı filmin premyerası zamanı nəzərdə tutulur.

“Xalq qəzeti”

Mədəniyyət