Azərbaycanın Polşadakı səfirliyində Ulu öndərin büstünün açılışı mərasimi keçirilib.
Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova qonaqlara Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib, müstəqil Azərbaycanın yenidən qurulmasında Ümummilli liderin rolundan söhbət açıb.
Səfirin çıxışında Ümummilli liderin Polşa ilə əlaqələrin qurulmasındakı tarixi rolu qeyd olunub və Ulu öndərin 1997-ci ildə Polşaya, həmkarı Polşa Prezidenti Aleksandr Kvaşnevskinin 1999-cü ildə ölkəmizə səfərlərinin sonrakı strateji tərəfdaşlıq üçün yeni perspektivlər açdığı vurğulanıb.
Ağ mərmərdən hazırlanan büstün müəllifi tanınmış heykəltəraş Orxan Nəbizadədir.
Tədbir çərçivəsində Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Polşanın ən nüfuzlu mətbuat orqanı olan “Reçpospolita” qəzetinin xüsusi buraxılışı qonaqlara təqdim olunub.
“Xalq qəzeti”