"Balaca kişilər" yenidən səhnədə

post-img

İyunun 25-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Balaca kişilər" tamaşası növbəti dəfə nümayiş olunacaq. Bu barədə teatrın mətbuat xidmətindən məlumat verilib. 

Yazıçı, dramaturq İlqar Fəhminin eyniadlı əsəri əsasında səhnəyə qoyulan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Vüsal Rahimdir. Döyüş və fəndlərin quruluşu İsa Əsədova, musiqi tərtibatı isə Zaur Rəşidova aiddir. 

Real hadisələr əsasında hazırlanan səhnə əsərində vətənini sevən, onun uğrunda son damla qanına qədər vuruşan, sevdiklərini, ailəsini geridə qoyaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan igid gənclərimizin həyatından, taleyindən bəhs olunur.

Rolları Əməkdar artistlər Şövqi Hüseynov, Rasim Cəfər, Elnur Bəhramxan, aktyorlar Rəşad Səfərov, Anar Seyfullayev, Araz Pirimov, Bəhram Əliheydər, Nurlan Süleymanlı, Xaliq Bəkirov, Hüseyn Bayramov və digərləri oynayırlar.

Qeyd edək ki, ötən ayın 27-28-də "Balaca kişilər" tamaşasının premyerası baş tutub. Tamaşa teatrsevərlər tərəfindən gur alqışlarla qarşılanıb.













Mədəniyyət