Ukraynanın kibermüdafiəsi gücləndirilir

post-img

Müharibənin gedişində Ukraynaya kiberhücumların sayı durmadan artır. 

Böyük Britaniya bunu nəzərə alaraq, kibermüdafiəni gücləndirmək üçün Ukraynaya 20,48 milyon dollar ayırır. Bunu Böyük Britaniyanın baş naziri Rişi Sunak deyib.

Qeyd olunub ki, bu yardım paketi Kiyevin mühüm milli infrastrukturunu Rusiyanın hücumlarından qorumaqda kömək edəcək.

 

Rizvan FİKRƏTOĞLU,

"Xalq qəzeti"

Dünya