Səmərqənddə Azərbaycan Fondu yaradılacaq

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Səmərqənddəki Puşkin adına regional kitabxana-informasiya mərkəzinə zəngin kitab kolleksiyası hədiyyə edib. 

Kitabxananın oxu zalında Mədəniyyət Mərkəzi tərəfindən hədiyyə olunan kitab­ların sərgisi açılıb və bir ay ərzində həmin nəşrlərin sərgilənməsi nəzərdə tutulub. Səmərqənd regional kitabxana-informa­siya mərkəzinin direktoru Zebinisa Şodie­va ilə AMM-nin direktoru Samir Abbasov arasında görüş keçirilib. Səmərqənd ki­tabxana mərkəzi ilə Azərbaycan kitabxa­naları arasında əməkdaşlıq məsələləri, birgə layihələrin həyata keçirilməsi, kita­bxanada Azərbaycan fondunun yaradıl­ması müzakirə edilib və bu barədə razılıq əldə olunub. 

Sonra qonaqlar üçün kitabxanaya ekskursiya təşkil olunub, Zebinisa Şo­dieva AMM ilə sıx əməkdaşlıq edildiyini və hər il mərkəz tərəfindən kitabxanaya Azərbaycana dair nəşrlərin hədiyyə olun­duğunu bildirib. S. Abbasov Özbəkistanın kitabxana fondlarında Azərbaycana dair nəşrlərin zənginləşdirilməsi istiqamətin­də mühüm layihələrin həyata keçirildi­yini, bugünə qədər Mədəniyyət Mərkəzi tərəfindən minlərlə kitabın Özbəkistan kitabxanalarına hədiyyə edildiyini deyib. Rəhbərlik etdiyi Mərkəzin layihəsi ilə Azərbaycana dair 100-dən şox əsərrin özbək dilinə tərcümə və Daşkənddə çap edildiyini söyləyən Samir Abbasov Nəvai adına Özbəkistan Milli Kitabxanasında da Azərbaycan Fondunun təşkil edildiyini vurğulayıb. 

 

Qulu KƏNGƏRLİ,

“Xalq qəzeti”

Daşkənd

Mədəniyyət