Göygöl rayonunda uşaq festivalı

post-img

Bu festivalın sorağı ona görə hər yerə yayıldı ki, uşaqların geyimlərindən tutmuş rəqslərinə, idman yarışlarına, əl işlərinə, rəsmlərinə kimi olduqca təbii və baxımlı idi. Hiss olunurdu ki, göygöllü uşaqlar öz məharətlərini göstərmək üçün belə bir fürsəti əldən vermək istəmirlər. 

Müəllimlərin, tərbiyəçilərin, məşqçilə­rin, bir sözlə, uşaqların festivala daha yaxşı hazırlaşmaları üçün əziyyət çəkən­lərin hamısının imtahanı idi həmin gün. Valideynlərin isə əhval-ruhiyyəsi bir bam­başqa idi. Onlar üçün öz övladlarının qa­biliyyətini, istedadını, bacarığını kənardan müşahidə etmək çox xoş idi.

Rayon rəhbərliyinin festivala dəstək verməsi, lazımi şərait yaratması və köməklik göstərməsi də göz qabağında idi. Uşaq bayramı özünün rəngarəngliyi, mütəşəkkiliyi və möhtəşəmliyi ilə yadda qaldı. Rayon icra hakimiyyətinin başçısı Eivin Paşayevin fərqlənənləri mükafat­landırması, hədiyyələr verməsi, burada iştirak edən hər bir uşağa diqqət yetirməsi festivalın ruhunu bir qədər də canlandırdı.

 

Hamlet QASIMOV, 

“Xalq qəzeti”nin bölgə müxbiri

Sosial həyat