Gəncədə İtaliya traktorları yığılacaq

post-img

Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin rəhbərliyi təkcə Avropada deyil, həm də dünyanın kənd təsərrüfatı bazarında öz keyfiyyəti və davamlılığı, yüksək məhsuldarlığı ilə seçilən traktorlarların istehsalçısı olan İtaliyanın “SDF groupu”nda rəsmi səfərdə olub.

Müəssisənin mətbuat xid­mətindən verilən məlumata görə, birliyin müşahidə şurası­nın sədri Xanlar Fətiyevin rəh­bərlik etdiyi nümayəndə heyəti İtaliyanın Treviglio şəhərində “SDF qroup”un istehsal etdiyi texnikalara baxıb, onların key­fiyyəti və yığım şəraiti ilə yaxın­dan tanış olub. Şirkət rəhbər­liyi ilə keçirilən görüş zamanı uzunmüddətli əməkdaşlıq şərt­ləri müzakirə edilib. 

Söhbət zamanı qeyd olu­nub ki, “SDF qroup”un istehsal etdiyi kənd təsərrüfatı texni­kalarına Azərbaycanda olan marağı nəzərə alaraq bir müd­dət əvvəl Gəncədə ilkin əmək­daşlıq müqaviləsi imzalanıb. Müqavilənin şərtlərinə görə, Gəncə müəssisəsi bir sıra mo­dellərin yığımını həyata keçirə bilər.

İtaliyada, şirkətin ofisində bağlanan bu dəfəki uzunmüd­dətli əməkdaşlıq müqaviləsi­ni Gəncə avtomobil zavodu İB-nin müşahidə şürasının sədri Xanlar Fətiyev və “SDF qroup”un kommersiya direk­toru Alessandro Maritano im­zalayıblar. Müqavilə Gəncə Avtomobil Zavoduna burada yığılan ttaktorların Azərbay­can bazarı ilə yanaşı, üçüncü ölkələrə satmaq hüququ da verəcək.

Xanlar Fətiyev qısa açıqla­masında demişdir: 

– Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi avtomobillərin və kənd təsərrüfatı texnikaları­nın yığımı sahəsində yetərincə ixtisaslaşmış bir müəssisədir. Zavodun həm texniki şəraiti, həm də kadr potensialı istə­nilən modelin yığımını həyata keçirməyə imkan verir. İtalyan şirkətinin müxtəlif modifikasi­yalarda olan traktorları da he­sab edirəm ki, müəssisəmizdə çox yüksək səviyyədə yığıla­caq və Azərbaycan bazarında böyük marağa səbəb olacaq. 

Hələlik ilkin mərhələdə 3 modelin yığılması nəzərdə tu­tulur. Lakin gələcəkdə bazarın tələbinə uyğun olaraq digər müxtəlif model traktorların da yığılması nəzərdə tutulur. 

Məlumat üçün bildirək ki, 2004-cü ildən fəaliyyətə baş­layan Gəncə Avtomobil Zavo­du indiyədək 15 minə yaxın müxtəlif modeldə traktor, 5 mindən çox müxtəlif markalı yük avtomobili yığıb və satışını həyata keçirib.

İqtisadiyyat