Ordu və milli-mənəvi dəyərlər

post-img

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği, hərbi qulluqçulara vətənpərvərlik hissinin aşılanması məqsədilə həyata keçirilən tədbirlər davam edir.

Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin, eləcə də Dini Qurumlarla İş üzrə Döv­lət Komitəsinin nümayəndələri "N" hərbi hissəsində olub, hərbi qulluqçularla gö­rüşüblər.

Tədbirlər çərçivəsində hərbi xidmətə yeni çağırılan gənc əsgərlərlə onların xid­mət şəraitinə uyğunlaşması və psixoloji sağlamlıqlarının qorunması məqsədilə söhbətlər aparılıb, lazımi tövsiyələr verilib.

Həmçinin gənclərin hərbi vətənpər­vərlik ruhunda tərbiyəsi, onların zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu və bu istiqamətdə hə­yata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti şəxsi heyətin diqqətinə çatdı­rılıb.

Sonda hərbi qulluqçuları maraqlandı­ran suallar cavablandırılıb.

Son xəbərlər