BDU müəlliminin Pakistanda “Onun 100 kəlamı” kitabı nəşr olunub

post-img

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin urdu dili müəllimi Eldost İbrahimovun "Onun 100 kəlamı" kitabı Pakistanın İslamabad şəhərində çapdan çıxıb.

Bu barədə BDU-dan məlumat verilib. 

Kitabda Ulu Öndər Heydər Əliyevin fəlsəfi fikirlərini əks etdirən müdrik kəlamları Azərbaycan və urdu dillərində təqdim olunub.

Azərbaycanlı və pakistanlı oxucularla yanaşı, dünyada urdu dilində danışan yarım milyarddan çox oxucu kütləsi üçün nəzərdə tutulmuş kitab ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar nəşr etdirilib. 

Kitabın hər səhifəsində Ulu Öndərin bir fəlsəfi fikri öz məzmununa uyğun şəkillə verilib. 

Qeyd edək ki, nəşrin baş redaktoru Pakistanın tanınmış jurnalisti, "Daily Orient Express" qəzetinin baş redaktoru Qasim Mahmud Haşimidir.

Mədəniyyət