“Kod adı: V.X.A” faciəsi səhnədə

post-img

Tarixin səhifələrində qanlı hərflərlə yazılmış, bir çox günahsız insanın ölümünə səbəb olmuş 1937-ci il. Bu dövr haqqında çox məqalələr, kitablar yazılıb, filmlər çəkilib. Lakin teatr səhnəsində o dövrün hadisələrini canlı şəkildə gözyaşları içində, həyəcanla izləmək teatrsevər bir izləyici üçün tamam başqa hissdir. 

Azərbaycan Dövlət Gənc Tamaşa­çılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban xanım Ələk­bərzadənin tarixi-sənədli faktlara istinad edərək yazdığı “Kod adı: V.X.A” adlı əsərdə Stalin repressiyalarından əziyyət çəkən, Vətən xaini adlandırılan Əhməd Cavad, Hüseyn Cavid, Mikayıl Müşfiq və digər görkəmli ədəbiyyat xadimlərinin ailə üzvlərinin, xanımlarının sürgündəki məşəqqətli həyatı təsvir olunur. Vətənə xəyanətdə günahlandırılan bu “cinayət­karlar” konkret olaraq millətçilik, casus­luq və terrorizm ittihamı ilə üzləşənlərdir. Qeyd edək ki, həmin dövrdə türkçülərə, müsavatçılara və məmləkəti irəli aparan şəxslərə qarşı amansız hücumlar təşkil olunurdu. Onlar xalq düşməni, əksinqi­labçı, millətçi, sovet quruculuğuna nifrət bəsləyən zərərli ünsürlər adlandırılırdılar. 

Tamaşa Əhməd Cavadın 130 illiyinə, repressiya qurbanı olmuş digər böyük fikir adamlarına, onların ailə üzvlərinə və xa­nımlarına ithaf olunub. 

Fidan HÜQUQQIZI, “Xalq qəzeti”

Mədəniyyət