Minifutbol yığmamız Gürcüstan komandasına qalib gəlib

post-img

Minifutbol üzrə Azərbaycan milli komandası Bakıda ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq turnirdə növbəti oyununu keçirib. A qrupunda yer alan millimiz üçüncü tur çərçivəsində Gürcüstan yığması ilə üz-üzə gəlib. Yığmamız qarşılaşmada 2:0 hesabla qalib gəlib. Milli komanda bu nəticədən sonra 7 xalla liderliyə yüksəlib. 3 xalı olan Gürcüstan 4-cü sırada yer alıb. 

Xatırladaq ki, minifutbolçularımız Çexiya seçməsi ilə ilk oyunda qolsuz heç-heçə edib, ikinci qarşılaşmada isə İtaliya komandasına qalib gəlib – 2:0. 

Millimiz qrup oyunları çərçivəsində ayın 4-də Serbiya ilə üz-üzə gələcək. 

Qeyd edək ki, qrup birinciləri yarım­finalda, 2-3-cü yerləri tutacaq koman­dalar isə pley-offa vəsiqə qazanacaq­lar. 

Turnirə mayın 6-da yekun vurula­caq.

İdman