Bu gün “Baku Open 2023” beynəlxalq şahmat festivalı start götürür

post-img

Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Baku Open 2023” beynəlxalq şahmat festivalı start götürür. 

Yarışa Azərbaycan yığmasının 15 -dən çox üzvü qatılıb. Festivalda şahmatçılar üç qrupda (A, B və C) mü­barizə aparırlar. Hər üç qrupda yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. Ümumilikdə festivalda iştirakla bağlı 23 ölkədən 607 şahmatçı qeydiy­yatdan keçib. Onların sırasında 44 bey­nəlxalq qrossmeyster, 44 beynəlxalq usta və 41 FIDE ustası var. Yarışın rey­tinq favoriti Hans Nimandır. ABŞ təmsil­çisi 2708 FIDE reytinqinə sahibdir. 

Yarışın ümumi mükafat fondu 55 min dollar təşkil edir. A qrupunun qalibi 12 min dolları və xüsusi hazırlanan ku­boku qazanacaq. Festivalın C turnirin­də hər yaş qrupunda (U-8, U-10, U-12) qalib olacaq şahmatçılar Rumıniyada keçiriləcək yeniyetmələrin Avropa çem­pionatına ezam ediləcəklər.

İdman