Zədələnmiş qaraciyər bərpa olunur...

post-img

Qaraciyər regenerasiya üçün böyük potensiala malik orqandır. Müxtəlif xəstəliklər, hədsiz dərman qəbulu, alkoqol nəticəsində orqan ciddi şəkildə zədələnməyibsə, o, öz-özünə bərpa etmək qabiliyyətini saxlayır. Əbəs yerə demirlər ki, qaraciyər orqanizmin laboratoriyasıdır. Bu laboratoriya qanı zərərli maddələrdən təmizləyərək digər orqanlara ötürür. Mütəxəssislər belə düşünürlər ki, sağlam həyat tərzi ilə zədələnmiş qaraciyəri bərpa etmək olur. Qaraciyərin sağaldığını göstərən əlamətlərlə tanış olaq: 

Yaddaş yaxşılaşır. Zəif və xəstə qa­raciyər insan orqanizmindəki ən böyük filtr rolunun öhdəsindən yaxşı gələ bilmir. Nəticədə, qanda arzuolunmaz zəhərli maddələr toplanır ki, bu da beyinə mənfi təsir göstərir. Beyində tam aydın olmayan fikirlər və unutqanlıq yaranır. Qaraciyərin bərpasının əlaməti yaddaş və idrak funk­siyalarının yaxşılaşmasıdır. 

Enerji yüksəlir. Qaraciyərin funksi­yası azaldıqda, maddələr mübadiləsinə mənfi təsir göstərir, daimi yorğunluq və yuxululuğa səbəb olur. Qaraciyər yenilən­dikcə, insan özünü daha enerjili hiss et­məyə başlayır. 

Çəki normallaşır. Bu orqanın və­ziyyəti çəkiyə təsir göstərir. Qaraciyər sağlam olduqda, iştah normallaşır, daxili çəki tənzimləmə mexanizmləri səmərəli işləyir. 

Üzün rəngi təravətlənir. Qaraciyərin pis vəziyyətinə görə, toksinlərin yığılma­sı dəri problemlərinə səbəb olur. Ancaq qaraciyər sağalmağa başlayanda, dərinin rəngi düzəlir, üz quruluşunda şişkinlik itir. 

Zərifə HÜSEYNOVA, “Xalq qəzeti”

Sosial həyat