Fikirləri oxuyan süni intellekt

post-img

“GPT” modelləri (əvvəlcədən öyrədilmiş çeviricilər) süni intellekt tədqiqatlarında müasir texnologiyanın əsasını təşkil edir. Artıq bu modellər hər şeyə tətbiq edilir, bu isə mübahisələrə səbəb olur. Mövcud istiqamətdəki müzakirələrə insan düşüncələrini oxuyan yeni “GPT-1” modeli də əlavə edilib. Xəbəri “cnn.com” yayıb. 

Hazırlanmış “GPT” modeli “Chat­GPT” ilə çox oxşardır. Fərq yalnız odur ki, əmrlər insan beyninin fəaliyyəti nəti­cəsində alınır. Yeni metod beyinə qoşu­lan elektrodları tələb etmir. İnsanın eşit­diyi, dediyi və ya təsəvvür etdiklərini şərh etmək üçün “fMRI” adlı aparatdan alınan şəkillərdən istifadə olunur. Süni intel­lekt modeli fikirləri sözbəsöz şərh edə bilməsə də, ümumi proqnozları düzgün çıxır. Məsələn, dil modeli iştirakçılardan birinin “mənim hələ sürücülük vəsiqəm yoxdur” düşüncəsini “o, maşın sürməyi öyrənməyə başlamayıb” kimi şərh edib. 

“Texas Universiteti”ndən koman­daya rəhbərlik edən Cerri Tanq süni intellekt haqqında deyib: “Sistemimiz çox fərqli səviyyədə fəaliyyət göstərir. Təcrübələrdə “GPT-1” modeli insanların fikirlərini yüksək dəqiqliklə proqnozlaş­dırıb. Məqsədimiz əqli məxfiliyi qoruyan siyasətlərin tətbiqi və beyin analizi tex­nologiyasını inkişaf etdirməkdir”. 

Qeyd edək ki, düşüncələri oxuya bilən süni intellektli maşınlar “GPT” tex­nologiyasının ən mübahisəli forması ola bilər. 

Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

Sosial həyat