Nurəddin Mehdixanlı: Bu Forum Azərbaycanın mədəniyyət tarixində ciddi dönüş nöqtəsi olacaq

post-img

Forumdakı ilk çıxışımda da bunu söylədim. Bəlkə də bu Forum, Azərbaycan teatr sənətinin son döngədə sonuncu şansdır. Azərbaycan teatr sənəti ya bu döngədə xilas olacaq, ya da hər şey olduğu kimi davam edəcək. Bu o deməkdir ki, heç bir şey dəyişməyəcək, biz dünyada gedən proseslərdən kənarda qalacağıq.

Bu sözləri AZƏRTAC- açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı söyləyib.

Azərbaycan mədəniyyətini dünya mədəniyyətinin bir parçası olduğunu bildirən Xalq artisti deyib: “Heydər Əliyev Mərkəzində keçirilən bu tədbir Azərbaycanın mədəniyyət tarixi və taleyində olduqca önəmli bir məqamdır. İllərdən bəri yığılmış və deyilməsinə cəsarət edilməyən məsələlər burada müzakirə edilir, həll yolları axtarılır. Teatr canlı orqanizmdir. Biz bilirik haramız ağrıyır, ancaq özümüz özümüzü sağalda bilərik. Bu Forum dayanmış, yolunu müəyyən mənada tapmaqda çətinlik çəkən teatrın yolunu doğru düzgün müəyyən eləməkdən bizə köməklik edəcək. Bu Forum Azərbaycanın mədəniyyət tarixində ciddi dönüş nöqtəsi olacaq. Bir milləti var edən onun mədəniyyətdir. İnanıram ki, çox şey yaxşı istiqamətdə dəyişəcək”.

Mədəniyyət