Cavid İmamverdiyev: Forum bizə teatr sənətini inkişaf etdirmək üçün yeni imkanlar yaradır

post-img

Teatr Forumunun keçirilməsi sevindiricidir. Forumdan sənətin inkişafı naminə gözləntilərimiz çoxdur. İnanıram ki, nəticələr uğurlu olacaq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş rejissoru Cavid İmamverdiyev söyləyib.

Təmsil etdiyi sənət ocağının da bu Foruma təkliflərlə gəldiyini deyən baş rejissor səslənən fikirlərin əhəmiyyətini qeyd edib: “Forumda maraqlı fikirlər səslənir, planlarımızı bölüşürük və bir çox suallara cavab tapırıq. Bu tədbir bizim üçün bir imkandır ki, teatr sənəti inkişaf etsin. Teatr Forumunun keçirilməsi vacib bir yenilikdir, çünki bu gələcəkdə bizə böyük imkanlar yaradacaq. Musiqi Teatr tərəfindən də təkliflər irəli sürülüb və ümidvarıq ki, onlara baxılacaq”.

Mədəniyyət