“Azərbaycan teatrı–150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu davam edir

post-img

Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin iştirakı ilə keçirilən “Azərbaycan teatrı–150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu davam edir.

AZƏRTAC xəbər verir ki, əvvəlcə milli teatrın 150 illiyi ilə bağlı vidoçarx nümayiş olunub.

Forum ikinci günündə “Konsepsiya və strateji hədəflər” adlı üçüncü panel müzakirələrlə başlayıb.

Moderatoru Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktor müavini Vəfa Mühacirova olan paneldə "Milli teatrın inkişaf strategiyası", "Auditoriya tələbinin formalaşdırılması və tamaşaçı axınının stimullaşdırılması", " Marketinq və reklam strategiyası", "Teatrların fəaliyyətində fandrayzinq alternativ maliyyə mənbələri və yeni maliyyələşdirmə mexanizmləri", “Prodüser institutunun milli teatr məkanında tətbiqi", "Çağdaş teatr prosesində müstəqil teatrların rolu" mövzuları müzakirə olunub.

Müzakirələrdə Azərbaycan Dövlət Pantomima Teatrının rəhbəri, Xalq artisti Bəxtiyar Xanızadə, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə, "M teatr"ın rəhbəri Xalq artisti Vidadi Həsənov, "dOM" teatrının rəhbəri Tərlan Rəsulov, YUĞ Teatrının baş rejissoru Gümrah Ömər və "ƏSA" teatrının rəhbəri Nihad Qulamzadə iştirak ediblər.

Xatırladaq ki, iki gün davam edən Forum müddətində aparılan fikir mübadiləsi və müzakirələr əsasında toplanan təkliflər “Azərbaycan mədəniyyəti 2020-2040 dövlət strategiyası” ilə bağlı tərtib edilən tədbirlər planında nəzərə alınacaq.

Mədəniyyət