Hərbi Prokurorluqda ermənilərin növbəti təxribatı ilə əlaqədar cinayət işi açılıb

post-img

Aprelin 11-də Ermənistan tərəfinin növbəti təxribatı zamanı baş vermiş məlum hadisələr ilə əlaqədar olaraq Azərbaycan Respublikası Hərbi Prokurorluğu təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hadisə ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

“Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq. Allahdan şəhidlərimizə rəhmət diləyir, doğmalarına dərin hüznlə başsağlığı veririk. Vətən var olsun!”, - məlumatda qeyd edilib.

Son xəbərlər