“Qutsal yol”un şəhidi

post-img

Beynəlxalq Muğam Mərkəzində yazıçı, publisist Şahanə Müşfiqin Vətən müharibəsi şəhidi mayor Emin Süleymanovun xatirəsinə həsr olunmuş “Qutsal yolçu” kitabının təqdimatı olub.

Milli Məclisin Mədəniyyət komitəsi, “Nəfəs” İctimai Birliyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə qeyd olunub ki, öm­rünün 30 ilə yaxınını Vətənin müdafiə­sinə, hərb sənətinə həsr edən artilleri­yaçı zabit Emin Süleymanov 7 noyabr 2020-ci ildə Şuşanın Daşaltı kəndi istiqamətində gedən əməliyyatlarda iş­tirak edib. 9 noyabr 2020-ci ildə Laçın dəhlizi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şə­hadətə ucalıb.

Ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Şuşanın azad olun­masına görə” medalları ilə təltif olunub.

Mərasimdə Milli Məclisin Mədəniy­yət komitəsinin sədri, deputat Qənirə Paşayeva, komitənin eksperti Əkbər Qoşalı, “Nəfəs” İB-nin sədri Firəngiz Balakişiyeva çıxış edərək şəhid haqqın­da yazılmış kitabın məziyyətlərindən danışıblar.

Ailə üzvləri adından çıxış edən Məh­səti Süleymanova həyat yoldaşı ilə qü­rur duyduğunu, bu kitabın ərsəyə gətiril­məsinə görə minnətdarlıq edib.

Tədbirin bədii hissəsində Əməkdar artist Nuriyyə Hüseynova vətənpərvər­lik mövzulu mahnılarla çıxış edib.

 

E.ABBASOV, “Xalq qəzeti”

Mədəniyyət