Vısotski yüksəkliyi

post-img

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında nəğməkar-şair, müğənni, bəstəkar, teatr və kino aktyoru Vladimir Vısotskinin anadan olmasının 85 illiyinə həsr olunmuş konsert proqramı təşkil edilib.

Tədbir Bakıdakı Rus Evinin dəstəyi ilə “Bakı” Müəllif Mahnıları Klubu tərə­findən hazırlanaraq, Vısotskisevərlərin ixtiyarına verilib. Tədbirdə yubilyarın gənclik dövrlərindən ömrünün son il­lərinə qədər qələmə aldığı şeirləri, rus filmləri üçün bəstələdiyi gözəl musiqi nömrələri səsləndirilib. 

Sovet şairi, müğənni, peşəkar ak-tyor, SSRİ Dövlət Mükafatı laureatı Vla­dimir Vısotskinin ədəbi irsinə 200-dən artıq şeir, 600-dən çox mahnı və uşaq­lar üçün 1 poema daxildir. Bəstələdiyi mahnıların bir hissəsini məxsusi olaraq filmlər üçün yazan sənətkar, həmçinin aktyor kimi fəaliyyət göstərib. Moskva­nın “Bədaye” (MXAT) teatr məktəbini bitirəndən sonra paytaxtın Taqanka te­atrında aktyor kimi işləyib. 

Unudulmaz sənətkar təkrarolun­maz ifaları ilə keçmiş SSRİ məkanın­da məşhurlaşıb. Onun səs yazıları və mahnıları dünyanın bir çox ölkələrində oxunur və həvəslə dinlənilir. 

Rusiyadan qonaq qismində dəvət olunmuş peşəkar aktyorlar və musiqili qonaqların tədbirdə iştirakı konsertə xüsusi rəng qatıb.

Fidan HÜQUQQIZI, “Xalq qəzeti”





Mədəniyyət