“WhatsApp” xəbər saytları sırasına daxil olur

post-img

Hər gün yeni hadisələrin və yeniliklərin baş verdiyi dünyamızda hər şeydən xəbərdar olmaq çətindir. Məlumat almaq üçün isə vasitələr çoxdur. Xəbər saytları sırasına “WhatsApp” da qoşulmağa hazırlaşır. 

Dünyanın ən məşhur mesajlaşma platforması olan “WhatsApp” hər zaman etdiyi yeniliklərlə gündəmdə qalıb. Bu yeniləmələr və yeniliklər əsasən mesaj­laşmanı daha səmərəli etmək məqsədi daşıyıb. İndi isə “WhatsApp” xüsusi “xə­bər bülleteni” üzərində işləyir. Məlumatı “WaBetaInfo.com” saytı yayıb.

“WhatsApp” artıq birdən çox kontak­ta mesaj göndərmək imkanına malikdir. Bülletenlə bağlı məram isə bu istifadə sahəsini daha da genişləndirməkdir. 

Proqramın gündəlik 2 milyard aktiv istifadəçisi var. Bu halda, istifadəçi ba­zasının çox kiçik bir hissəsi xəbər bülle­teni ilə maraqlansa, platforma bir ay ər­zində ən böyük xəbər bülleteni ola bilər. Bütün bunlara əlavə olaraq, bülletenlər sayəsində istifadəçilərin tətbiqdə daha çox vaxt keçirmələri mümkün olacaq. 

Sözügedən yenilik haqqında geniş təfərrüatlar yoxdur. Ancaq proqramın hazırda inkişaf mərhələsində olduğu bildirilir. “WhatsApp”dan isə rəsmi heç bir açıqlama verilməyib. 

Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

Son xəbərlər