Soydaşlarımızın “100 qazax çadırı” yardımı

post-img

Sosial şəbəkələrdə kifayət qədər fəal vətəndaşlıq mövqeyi ilə seçilən, tanınmış qazaxıstanlı yazıçı-publisist, şairə Nəsihə Qumarqızı dünən özünün “Facebook” səhifəsində Qazaxıstanda yaşayan azərbaycanlıların qardaş Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım məqsədilə təbii fəlakət bölgəsinə 100 qazax çadırı (qazaxlar “şanarak” deyirlər) göndərməyə hazırlaşdıqları barədə paylaşım edib. Orada yazılır:

“Qazaxıstandan Türkiyəyə yola salınacaq çadırlar bu ölkənin Çu, Jualı, Ust-Kame­neqorsk, Kustanay, Çimkənd və Almatı vilayətlərində fəaliy­yət göstərən Azərbaycan di­asporunun üzvləri – iş adam­ları, alim və mütəxəssislər, ictimai fəallar tərəfindən top­lanan maddi vəsait hesabına alınaraq ən yaxın günlərdə Tükiyəyə yola salınacaq. 

Bu məsələ ilə bağlı dünən Alma-Atıda keçirilən tədbirdə Azərbaycanın bu şəhərdəki Baş konsulu Anar Hüseynza­də, Qazaxıstan Azərbaycan­lıları Assosiasiyasının sədri Əbülfəz Həmidov, sədrin bi­rinci müavini Allahverdi Məm­mədov, assosiasiyanın üzvləri Ceyran Məmmədova və Nə­sihə Qumarqızı Türkiyə Cüm­huriyyətinin Alma-Atıdakı Baş Konsulluğunu ziyarət ediblər. Onlar qardaş ölkədə baş verən ağır zəlzələnin fəsadlarından, xüsusilə də çox sayda insan tələfatından qəlbən üzüldüklə­rini və bu çətin günlərdə sona­dək türk xalqının yanında ola­caqlarını bildiriblər. Həmçinin ümid etdiklərini vurğulayıblar ki, Türkiyə dövləti və xalqı hər zaman olduğu kimi, bu çətin sınaqdan da üzüağ çıxacaq və bütün dünyadakı dost və qar­daşlarının köməyilə fəlakətin törətdiyi ağır yaraları tezliklə sağalda biləcək. 

Paylaşımın müəllifi Nəsihə xanım sonra qeyd edib ki, ça­dırlarda 15-20 nəfərin qalması mümkündür. Onun sözlərinə görə, bu çadırlar insanları ya­ğışdan, şaxtadan qoruyacaq ki, bununla da bu xeyirxah işə qol qoyanların ürəyi təskinlik tapacaq. Çadırların Türkiyə­nin Kahramanmaraş, Hatay və başqa şəhərlərinə yola salın­ması planlaşdırılıb.

Bu məqamda qeyd etmək yerinə düşər ki, Böyük Turan sevdalısı olan Nəsihə xanım Qarabağ həqiqətləri ilə bağlı bir neçə kitabın müəllifidir. O, bir müddət əvvəl Bakıya səfər edərək Birinci Qarabağ mü­haribəsində könüllü surətdə Azərbaycan xalqının tərəfin­dən erməni işğalçılarına qarşı fədakarcasına vuruşaraq şə­hid olan qazax xalqının igid oğlu Yerbol Barımbekova həsr edəcəyi kitabı üçün məlumat­lar toplayıb. Müəllif kitabın üzərində işi artıq başa çatdır­dığını bildirdi. 

P.S. Qəzetimiz çapa hazır­lanarkən o da məlum oldu ki, çadırların ilk dəsti artıq Qa­zaxıstandan yük maşınları ilə Türkiyəyə yola salınıb. 

Hazırladı: M.HACIXANLI, “Xalq qəzeti”

Sosial həyat