Oktyabr ayında İtaliyanın mərkəzi hökuməti və Siciliyanın regional hakimiyyət orqanları adanı materiklə birləşdirəcək körpü layihəsi üzərində özəl investorlar və mühəndislik şirkətləri ilə razılığa gəliblər.
Messina boğazı üzərindən ən dar hissəsində eni təqribən 3 km olan körpü ideyası Roma İmperiyasına gedib çıxır. Lakin 19, 20 və 21-ci əsrlərdə çoxsaylı layihələrə baxmayaraq, körpü heç vaxt tikilməyib.
Ancaq İtaliyada bu mövzuda bir çox zarafat var və hətta "Messina üzərində körpü tikiləndə" ifadəsi var.
Siciliyanı materiklə birləşdirmək üçün ən son uğursuz ideya 2020-ci ildə təqdim edilən sualtı tunel layihəsi idi.
İndi ölkə hakimiyyəti körpü ideyasına qayıdıb. Asma körpünün uzunluğunun təxminən 3600 m-ə bərabər olacağı planlaşdırılır. Əgər layihə gerçəkləşərsə, növünə görə ən uzun asma körpü olacaq.
Plana görə, körpü 7,5 bal gücündə təkanlara və 300 km/saat küləyin əsməsinə davamlı olmalıdır. Körpü üç avtomobil zolağından və dəmir yolundan ibarət olacaq. Layihənin müəllifləri körpünün saatda 6 minə qədər avtomobil və yük maşını və gündə 200-ə qədər qatarı daşıya biləcəyini gözləyirlər. Tikinti təxminən altı il çəkəcək. Layihənin dəyəri 4,6 milyard avro təşkil edir.
S.ELAY
XQ