Luiziana ştatının Nyu Orlean şəhərində avtomobilin insanların izdihamının üzərinə sürməsi nəticəsində azı 10 nəfər ölüb, 30 nəfər yaralanıb.
Bu barədə ABC News polisə istinadən məlumat yayıb.
İlkin məlumatlara görə, sürücü avtomobili qəsdən insanların arasına sürüb. Şübhəli azadlıqdadır.
Digər təfərrüatlar hələlik verilməyib.
S.ELAY
XQ