Fransa qoşunları 2025-ci ilin yanvarında Kot-d'İvuarı tərk edəcək.
Bu barədə ölkə prezidenti Alassan Uattara məlumat verib. Associated Press yazır ki, hazırda Kot-d'İvuarda 600 fransız əsgəri var.
"Fransız qoşunlarının Kot-d'İvuardan koordinasiyalı və mütəşəkkil şəkildə çıxarılmasına qərar verdik",- deyən Ouattara əlavə edib ki, Fransa ordusunun nəzarətində olan Port Boue piyada batalyonu Kot-d'İvuar qoşunlarına təhvil veriləcək.
Bu yaxınlarda Fransa da qoşunlarını Çaddan çıxarmışdı.
S.ELAY
XQ