Mask təhlükəsizliyinə sərvət ödəyir

post-img

“Tesla” şirkətinin qurucusu İlon Mask öz təhlükəsizliyi üçün hər il milyonlarla dollar ödəyir. Bu barədə sentyabrın 13-də The New York Times (NYT) qəzeti məlumat yayıb.

“Tesla” 2023-cü ildə İlon Maskı qorumaq üçün 2,4 milyon dollar ödəyib. Sahibkarı 20 təhlükəsizlik mütəxəssisi qoruyur. İş adamı hətta öz şirkətində tualetə gedəndə də cangüdənlər onu müşayiət edirlər. Təhlükəsizlik xidməti hətta Maska “Voyager” kod adı da verib.

Nəşrin xəbərinə görə, “Tesla”nın iyun ayında keçirilən illik səhmdar yığıncağında iş adamı bildirib ki, ona qarşı təhdidlər getdikcə azğınlaşır.

NYT Maskdan sitat gətirib: "Manyak-qatilin sizi öldürməyə çalışması ehtimalı, neçə manyak-qatilin adınızı eşitməsi ilə mütənasibdir". 

“Bloomberg2 Milyarderlər İndeksinə (BBI) görə, İlon Mask dünyanın ən varlı adamı olaraq qalır. Onun sərvəti 235 milyard dollar təşkil edir, Amerika onlayn pərakəndə satış şirkətinin yaradıcısı və keçmiş rəhbəri Ceff Bezos reytinqdə ikinci yerdə qalıb. Üçüncü sıranı Facebook-un təsisçisi Mark Zukerberq tutub.

İlon Mask 2027-ci ilə qədər dünyanın ilk trilyonçusu ola bilər. Belə bir proqnozu “Informa Connect Academy” analitik şirkəti verib. O, hesabatında iş adamının sərvətinin son illərdə orta hesabla saatda 110 faiz artdığı faktına əsaslanır.

S.ELAY

XQ

Maraqlı