Danimarka-Azərbaycan “Vətən” Cəmiyyəti Danimarkada yaşayan azərbaycanlıların görüşünü təşkil edib. Cəmiyyətin təşkilatçılığı ilə baş tutan görüşdə Danimarkada yaşayan azərbaycanlılar birlik, bərabərlik nümayiş etdiriblər.
Görüşdə iştirak edən soydaşlarımızın yaşadığı yerdən asılı olmayaraq azərbaycançılıq ideologiyasına sadiqliyinin vacibliyi, birliyinin önəmi vurğulanıb, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının onların üzərinə düşən bir vəzifə olduğu bildirilib.
Görüş yüksək əhval-ruhiyyədə davam edib.
Anar ƏLİ,
XQ