ABŞ prezidenti Co Bayden Ukraynadakı münaqişənin Rusiyanın qələbəsi ilə bitəcəyini istisna edib. O, bu barədə Ağ Evdə Böyük Britaniyanın baş naziri Key Starmerlə görüşdən əvvəl jurnalistlərə bildirib. Məlumatı “Anadolu” verib.
“Ukrayna Rusiyanın təcavüzündən qorunmağa çalışarkən, ABŞ Böyük Britaniya ilə birlikdə Ukraynanı dəstəklədi. Aydındır ki, Putin bu müharibədə qalib gəlməyəcək, Ukrayna qalib gələcək”, - ABŞ prezidenti bildirib.
Jurnalistlərin Rusiya prezidentinin “ABŞ və Rusiya arasında birbaşa münaqişənin mümkünlüyü” ilə bağlı açıqlamalarına münasibət bildirmələrini xahiş edərkən Bayden “Putin haqqında çox düşünmədiyini” deyib.
Ağ Ev rəhbəri həmsöhbəti ilə blokadada olan Qəzza zolağında atəşkəs məsələsini müzakirə edəcəyini də bildirib: “Biz Yaxın Şərqdə HƏMAS-ın saxladığı məhbusların azad edilməsini, dərhal atəşkəsin əldə olunmasını və Qəzzaya humanitar yardımın həcminin artırılmasını təmin edəcək saziş üzərində işləməyi müzakirə edəcəyik”.
P.ƏMİRCANOV
XQ