Uill Smit Bakıda möhtəşəm səhnə performansı ilə Formula 1 fanatlarına unudulmaz gecə yaşadıb

post-img

Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2024-ün ilk günü unudulmaz anlarla yadda qalıb.

Bakı Şəhər Halqasından (BŞH) AZƏRTAC-a verilən məlumata görə, avtoidman həvəskarları və musiqi sevənlər Kristal zalında baş tutan möhtəşəm gecənin şahidi olublar. Hollivudun məşhur siması, aktyor və musiqiçi Uill Smit səhnəyə çıxaraq özünəməxsus enerjisi və performansı ilə fanatları coşdurub.

Onun səsləndirdiyi hitlər, xüsusən də 90-cı illərin musiqisevərlərinə nostalji hislər yaşadıb. Ulduzun canlı çıxışı ilə yanaşı, müasir səhnə effektlərinin yaratdığı abu-hava gecəyə xüsusi rəng qatıb.

Əyləncə Uill Smitin çıxışı ilə yekunlaşmayıb. Gecənin ikinci hissəsində elektron musiqi dünyasının ulduzu, Qremmi mükafatlı DJ Black Coffee səhnəyə çıxaraq öz fərqli üslubu ilə azarkeşləri heyran edib. Onun təqdim etdiyi enerji dolu musiqilər tamaşaçılara ritmlərlə dolu unudulmaz gecə bəxş edib.

Bu xüsusi gecə yarış həftəsonunun mükəmməl bir başlanğıcı olub.

Qeyd edək ki, mövsümün 17-ci yarışı olan Formula 1 Qatar Airways Azərbaycan Qran- Prisinin final yürüşü sentyabrda 15-də baş tutacaq.

 









Mədəniyyət