Suda oksigen səviyyəsinin azalması Yer kürəsində təbiət və cəmiyyət üçün kritik təhlükə yaradır. Bu barədə beynəlxalq alimlər qrupunun "Nature Ecology & Evolution" jurnalı üçün hazırladıqları məqalədə bildirilib.
Alimlərin fikrincə, suda oksigenin səviyyəsi Yerin bəşəriyyətin mövcudluğunu dəstəkləmək qabiliyyətini müəyyən edən planetar sərhədlər deyilən qlobal ekoloji göstəricilərdən biri olub.
“Şirin su və dəniz ekosistemlərinin müşahidə olunan deoksigenləşməsi Yerin ekoloji və sosial sistemləri üçün kritik əhəmiyyətə malik başqa bir prosesi təmsil edir. Yerin su mühitinin sürətli və daimi oksigensizləşməsi oksigen səviyyəsinin kritik həddə yaxınlaşdığını göstərir”, - məqalədə deyilir.
Santa Kruz Amerika Universitetinin press-relizində vurğulanıb ki, 1980-ci ildən bəri Yer kürəsinin gölləri və su anbarları müvafiq olaraq 5 və 18 faiz oksigen itirib. Dənizlər də öz növbəsində 1960-cı ildən bəri oksigeninin iki faizini itirib. Dünya Okeanının nəhəng həcmi belə kiçik itkiyə mütləq mənada böyük miqyas verir.
S.ELAY
XQ