Avropa Britaniyanın Rusiyanın "kölgə donanması" na qarşı planını təsdiqləyib

post-img

Britaniya yüzlərlə tankerə qarşı məhdudlaşdırıcı tədbirlər təklif edib və Avropa ölkələri tərəfindən dəstəklənib. Rusiya Xarici İşlər Nazirliyi Rusiya gəmilərinin keçidinə mane olmaq cəhdlərinə cavab vəd edib.

Avropa İttifaqının üzvləri də daxil olmaqla onlarla Avropa ölkəsi Böyük Britaniyanın "kölgə donanması" tankerlərinə qarşı məhdudiyyətlər planını təsdiqləyib. Bu barədə Britaniyanın Baş naziri kir Starmer məlumat verib.

Starmer deyib ki, birgə “hərəkətə çağırış” Qərb ölkələrinin Moskvanın gündə təxminən 1,7 milyon barel neft nəql etdiyini söylədiyi 600 tankeri əhatə edəcək. Britaniyanın baş naziri deyib ki, bu, Rusiyaya sanksiyalardan yayınmağa kömək edənlərə “aydın mesaj” verəcək və bu tankerlər “Avropa sularında sərbəst hərəkət edə və təhlükəsizliyimizi riskə ata bilməyəcək".

Bloomberg daha əvvəl yazıb ki, tədbirlər hərəkətləri əlaqələndirmək üçün Rusiya donanması haqqında məlumat mübadiləsinə yönəlib.

İyulun 18-də Britaniya hökuməti 11 Rusiya gəmisini sanksiyalar siyahısına əlavə edib. Agentlik qeyd edir ki, hazırda 60-dan çox neft tankeri ABŞ, Britaniya və Aİ-nin məhdudiyyətləri altındadır.

Rusiya hakimiyyəti Qərb ölkələrinin sanksiyalarını qeyri-qanuni hesab edir. Kreml bəyan edib ki, bu cür məhdudiyyətlər onların təşəbbüskarlarına da zərbə vurub. Xarici İşlər Nazirliyi vəd edib ki, Rusiya gəmilərinin keçidini məhdudlaşdırmaq cəhdləri “daha ​​bir qeyri-dost addım kimi qiymətləndiriləcək və bunun ardınca qaçılmaz olaraq sərt cavab tədbirləri görüləcək”.

S.ELAY

XQ

 

Dünya