"Ferrari"nin ilk elektrik avtomobili ən azı 500 min avroya başa gələcək.
"Reuters" yazır ki, gurultulu benzin mühərrikləri ilə tanınan italyan markası gələn ilin sonunda elektrik avtomobilini bazara çıxaracağını bildirib.
Qeyd edək ki, "Lamborghini" ilk EV modelinin satışına 2028-ci ildə başlamağı planlaşdırırlar. Şirkətin baş direktoru Stefan Vinkelmann deyib ki, birinci olmaqdansa, düzgün məhsula sahib olmaq daha vacibdir.
XQ