Amerikalılar Ukraynada sursat istehsal edəcəklər

post-img

ABŞ-nin "Northrop Grumman" müdafiə şirkəti birgə layihə çərçivəsində Ukraynada sursat istehsal etməyi planlaşdırır. Bu barədə "Breaking Defence" yazır.

Artıq bir neçə qlobal şirkət Ukraynada sursat istehsal etmək planlarını açıqlayıb, lakin "Northrop Grumman" Ukrayna ərazisində belə bir layihə təşkil edən ilk Amerika şirkətidir.

“Bildiyiniz kimi, biz Ukraynada orta kalibrli döyüş sursatlarının istehsalı üzərində işləyirik. Bu, bizim ilk layihəmizdir. Yenilikçi proseslər tapdıqca biz bunu tank sursatları, 155 mm-lik mərmilər və digərləri üçün genişləndirmək istəyirik”, - deyə Northrop-un müdafiə sistemləri sektoru üzrə beynəlxalq biznes direktoru Dave Bartell bildirib.

S.ELAY

XQ

Dünya