Şuşa sakini: Ən böyük arzum həyata keçdi

post-img

"Ən böyük arzum həyata keçdi. Şuşadan çıxanda 24 yaşım var idi. İndi isə yaşım 60-a yaxınlaşıb. Gedib orada yaşamaq istəyirəm."

AZƏRTAC xəbər verir ki, bu sözləri bu gün Şuşa şəhərinə köçən keçmiş məcburi köçkün Ulduzə Ağayeva deyib.

"Həmişə oğluma danışırdım o gözəl günləri. İndi özü ora gedəcək, o yerləri görəcək. Nəvəm var, o Şuşada böyüyəcək inşallah.",- deyə o, əlavə edib.

Maraqlı