"Allah ordumuzu, Prezidentimizi qorusun. Onlar bizi ən böyük - 32 illik arzumuza çatdırdılar. Məncə bundan böyük sevinc səbəbi ola bilməz."
AZƏRTAC xəbər verir ki, bu fikirləri Şuşaya qayıdan sakin Gülzar Kərimova söyləyib.
Keçmiş günlərindən danışan Şuşa sakini şəhərin yenidən bərpasını sevinclə qarşılayıb: "Mənfur düşmən yurdumuzu viran qoymuşdu. İndi baxıram, çox gözəl olub. Bərpa işləri adamı yaşamağa ruhlandırır. Şuşa özünə qovuşur."