Xabarovskda gömrükçülər 39 yaşlı rusiyalı qadından nasist Almaniyasının təbliğat nazirinin gündəlik qeydlərini müsadirə ediblər. Bu barədə Lenta.ru-ya Rusiya Federal Gömrük Xidmətinin mətbuat xidmətindən məlumat verilib.
Şöbədən verilən məlumata görə, gömrük əməkdaşları qadının baqajını skan edərək orada üçüncü Reyxin əsas təbliğatçısı Pol Cozef Gebbelsin əlyazmaları toplusunun fraqmenti olan Rusiyada qadağan edilmiş “1945-ci ilin gündəlikləri. “Son qeydlər” adlı kitabını aşkarlayıblar.
Qeyd olunur ki, rusiyalı qadın Çinə “Pokrovka” keçid məntəqəsindən keçib. O, şəxsi oxumaq üçün ədəbiyyat daşıdığını və bunun qadağan olunduğunu bilmədiyini söyləyib. Qadına qarşı Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 16.3-cü ("Malların ixracı ilə bağlı qadağalara əməl etməmə") maddəsi ilə inzibati xəta törətdiyinə görə iş açılıb. Artıq işin materialları məhkəməyə təqdim olunub.
S.ELAY
XQ