Saturnun peykinində böyük bir okean ola bilər

post-img

Saturnun Mimas peykinin buzla örtülmüş səthinin altında böyük bir okean ola bilər.

"Nyu York Times" xəbər verir ki,  Fransa, Çin və Böyük Britaniyadan olan tədqiqatçılar 2017-ci ildə Saturnu və onun peyklərini 10 ildən çox təhlil edən ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) "Cassini-Huygens" kosmik gəmisinin müşahidələrini müzakirə ediblər.

Planetdəki dəyişiklikləri də təhlil edən tədqiqatçılar Mimasın buzla örtülmüş səthindən 20-30 kilometr aşağıda böyük okean ola biləcəyini qeyd ediblər.

Tədqiqatın müəlliflərindən Valeri Lainey deyib ki, ən əhəmiyyətli tapıntı Mimasda bir okeanın olması ehtimalıdır.

Tədqiqatın təfərrüatları "Nature" jurnalında dərc olunub.

Anar ƏLİ,
XQ

Maraqlı