Alimlər Tutanxamonun məzarını kəşf edənlərin ölüm səbəbini tapıblar

post-img

Bir əsr əvvəl Britaniyada arxeoloqlar firon Tutanxamonun məzarını aşkar edərək onun sirli “lənətini”, necə deyərlər, işə salmışdılar. Lakin indi elm adamları bu ölümlərin niyə baş verdiyini izah edə biliblər.

Xatırladaq ki, 1922-ci ildə Hovard Karter uzun illər axtarış apardıqdan sonra Tutanxamonun məzarını kəşf edəndə sirli bir hekayə baş vermişdi. Kəşflə əlaqəli bir neçə insan bir neçə il ərzində ölmüşdü.

Tədqiqatçıların fikrincə, ölümün səbəbi Aspergillus göbələklərinin yaratdığı “mağara xəstəliyi” olub. Onlar məzarda tapılıb. Həkimlər qeyd edirlər ki, belə şəraitdə göbələklər uzun müddət yaşayırlar. Lord Karnarvon, ehtimal ki, Aspergillusun qurbanı olub.

Bu nəzəriyyə başqa bir obyektin - eksqumasiyanın bütün iştirakçılarının ağciyər infeksiyasından öldüyü Litva şahzadəsi Kazimir Yaqelloncşikin məzarının yarılmasının nəticələri ilə təsdiqlənib. RİA Novosti yazır ki, Tutanxamonun lənəti haqqında mif dağılıb. 

S.ELAY

XQ

Maraqlı