Aİ Rusiyaya qarşı sanksiyalar siyahısını yeniləyib

post-img

Avropa İttifaqı almaz hasilatı ilə məşğul olan "Alrosa" şirkəti və onun baş direktoru Pavel Marinıçevi Rusiya əleyhinə sanksiyalar siyahısına əlavə edib. Müvafiq məlumat Avropa Şurasının rəsmi jurnalında dərc edilmiş press-relizdə yer alıb.

Aİ-nin məlumatına görə, məhdudiyyətlərin tətbiqinə səbəb siyahıda olan şəxslərin Ukraynanın ərazi bütövlüyü və müstəqilliyini təhdid edən hərəkətlərdə iştirak etməsi olub. Bundan əlavə, Avropa İttifaqının əvvəlki sanksiyalar paketində tətbiq etdiyi Rusiya brilyantlarına qadağaya uyğun olaraq məhdudiyyətlər qoyulub.

Nəşr qeyd edir ki, ümumilikdə, anti-Rusiya məhdudiyyətləri 1950-yə yaxın fiziki və hüquqi şəxsi əhatə edib.

Dekabrın sonunda Avropa Parlamentinin Çexiyadan olan üzvü Tomaş Zdexovski Aİ-nin Rusiyaya qarşı 13 və 14-cü sanksiyalar paketini hazırladığını açıqlayıb.

S.ELAY

XQ

Dünya