Əsrdən yaşlı yaponlar çoxalır

post-img

Hazırda Yaponiyada 100 yaşdan yuxarı 92 min 139 vətəndaş yaşayır. Onların sayı 50 ildən artıqdır ki, artır. Bu il ölkədə 100 yaşdan yuxarı olanların sayı 1,5 min nəfər də çoxalıb. Onların 89 faizi zərif cinsin nümayəndələridir.

1963-cü ildə ölkədə ahılların sosial təminatı haqqında qanunun qəbulun­dan sonra Yaponiyada yüz yaşlıların sayı artır. O zaman ölkədə 100 yaşdan yuxarı 153 nəfər var idi. 1981-ci ildə onların sayı mini, 1998-ci ildə 10 mini, 2012-ci ildə isə artıq 50 mini keçib. Bu gün isə onların sayı, yuxarıda qeyd etdi­yimiz kimi, 92 min nəfərdən çoxdur.

Azərbaycan da uzunömürlülər diya­rıdır. Ölkəmizdə 90 yaşına çatmış insan uzunömürlü hesab edilir. Dünya üzrə bu yaş həddi 100-dür. Azərbaycanda uzunömürlülərin sayı 2020-ci ildə 1052 idisə, hazırda bu rəqəm 2 mindən artıq­dır.

P.ƏFƏNDİ
XQ

Maraqlı